Olimpnews.az saytı xəbər verir ki, bugünlərdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş 1998-1999 (2000) - ci il təvəllüdlü yeniyetmələr arasında IV ənənəvi beynəlxalq cüdo turniri keçirilib. Turnirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımını beynəlxalq səviyyədə təbliğ edilməsi, idmançıların vətənpərvərlik ruhunda tərbiyə olunması, cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, idmançılar arasında əlaqələrin möhkəmləndirilməsi və eləcə də yeniyetmələrin idman ustalığının yüksəldilməsidir.
Turnirdə Qazaxıstan və Gürcüstan idmançıları, həmçinin ölkəmizin əksər zonalarından 50-yə yaxın komanda iştirak edib. Turnir iştirakçıları 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq ,+81 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.