Təşkilat Komitəsi öz fəaliyyətini dayandırır

Təşkilat Komitəsi öz fəaliyyətini dayandırır


Soçi-2014 Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko bəyan edib ki, hazırda rəhbərlik etdiyi təşkilatın hüquqi şəxs qismində ləğv edilməsi labüddür. Onun sözlərinə görə, bu prosesin əvvəlcədən müəyyən edilmiş vaxtdan əvvəl başa çatdırılacağı gözlənilir. Qeyd edək ki, adıçəkilən təşkilat bu il fevralın 7-23-də keçirilən XXII Qış Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq və onun keçirilməsi işini həyata keçirib.
"Nizamnaməyə görə, təşkilat 2016-cı il dekabrın 16-na qədər öz fəaliyyətini davam etdirməlidir. Lakin biz təşkilat komitəsinin hüquqi şəxs qismində öz fəaliyyətini başa çatdırması üzərində işləyirik. Hazırda əməkdaşların işdən azad edilməsi ilə məşğuluq. Olimpiada dövründə bizim təşkilatda 53 min əməkdaş fəaliyyət göstərib. Bu o deməkdir ki, təşkilatın formal şəkildə bağlanması, əməkdaşların azad edilməsi və əmək müqaviləsinin başa çatması ilə iş münasibətlərinə son qoyulması bir xeyli vaxt aparacaq. Mən həmişə demişəm ki, Olimpiya oyunları rəhbərlik etdiyim təşkilata ən istedadlı və peşəkar insanların cəlb edilməsinə səbəb olub. İnanıram ki, bu insanlar işsiz qalmayacaq və öz karyeralarını qura biləcəklər”, - deyə Dmitrii Çernışenko bildirib.