Norveç telekanalı Şəmkirdən birbaşa yayıma hazırlaşır

Norveç telekanalı Şəmkirdən birbaşa yayıma hazırlaşır

Norveçin TV 2 telekanalı aprelin 19-da Şəmkirdə başlanacaq turnirdən birbaşa reportajları translyasiya edəcək.
TV 2 telekanalının nümayəndəsi Börn Tolen bu barədə jurnalistlərə müsahibəsində məlumat verib. Tolen bu barədə deyib: "Biz çox şadıq ki, bu mühüm turniri işıqlandıracağıq”.
Qeyd etmək lazımdır ki, turnirdə şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsenin də iştirak edəcəyi gözlənilir.