“Naxçıvan Open-2014” həyəcanı yaxınlaşır

“Naxçıvan Open-2014” həyəcanı yaxınlaşır

Mayın 3-12-də Naxçıvanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open-2014” beynəlxalq şahmat festivalı keçiriləcək. Artıq həmin yarışa qeydiyyat başlayıb.
Hər bir iştirakçı üçün vaxt müəyyən olunub: 40 gedişə 90 dəqiqə, sonra partiyanın sonuna qədər 30 dəqiqə üstəgəl hər növbəti gediş üçün 30 saniyə verilir.
Oyunçuların FİDE reytinqi 2250-dən (qadınlar üçün 2100-dən) yüksək olsa, onlar "A” turnirində oynayacaqlar, reytinq göstəriciləri aşağı olan şahmatçılar "B” turnirində yarışacaqlar. Hər iki qrup dairəvi turnirdə yarışacaqlar.
Festival çərçivəsində yeniyetmə şahmatçılar arasında "C” turniri keçiriləcək.
Turnirin ümumi mükafat fondu 10.000 ABŞ dollarıdır.
Xatırladaq ki, ötən il "A” turnirinin qalibi tanınmış Rusiya qrossmeysteri İqor Kurnosov olmuşdu. Təəssüf ki, o, 2013-cü ilin avqustunda yol-nəqliyyat qəzasında faciəli şəkildə həlak olub. İqor Kurnosovun 28 yaşı vardı.