110 zəka sahibi gücünü sınayıb

110 zəka sahibi gücünü sınayıb


Respublika Şahmat Mərkəzində keçirilən 8 yaşına qədər uşaqlar arasında Bakı birinciliyi başa çatıb. Çempionat İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Yarışda 76 oğlan və 34 qız olmaqla, ümumilikdə 110 şahmatçı qələbə uğrunda mübarizə aparıb. Onlardan 12 oğlan, qızlar arasında isə ilk altılığa düşənlər Azərbaycan çempionatına vəsiqə əldə ediblər.
Qızlar arasında Lalə Ağayeva bütün rəqiblərini qabaqlayaraq 7,5 xalla birinciliyin qalibi olub. Tahirə Bəylərova aktivinə 7 xal yazdıraraq ikinci, Nərmin Nəsibova isə 6,5 xalla üçüncü yerin sahibi olub. Həmidə Cəfərova, Zəhra Cəfərova və Ayan Allahverdiyeva da mümkün 9 xaldan 6 xal toplayaraq, ölkə birinciliyinə vəsiqə qazanıblar.
Ümid Aslanov 8 xal toplayaraq oğlanlar arasında 1-ci pilləyə qalxıb. Sənan Xudiyev 7,5 xalla ikinci, Mühəmmədcavad Allahverdi, Məhərrəm Qarayev və Polad Məmmədov 7 xal toplayaraq 3-5-ci yerləri bölüşdürüblər. Çempionata vəsiqə qazanan digər zəka sahibi isə aktivinə 6,5 xal yazan Murad Fətəlizadə olub.