"Olimpiya dünyası” qəzeti 2014-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar təşkil edir. Yarışlar ənənəvi olaraq, dörd bölmə (etüdlər, ikigedişli, üçgedişli, çoxgedişli) üzrə keçiriləcək. Xatırladaq ki, şahmat guşəsi həftədə bir dəfə - çərşənbə axşamı və ya cümə günləri işıq üzü görür. Yarışların nəticələri gələn ilin fevral-aprel aylarında dərc olunacaq. Orijinal şahmat bəstələri guşənin aparıcısı İlham Əliyevin (Sumqayıt) elektron ünvanına göndərilməlidir: [email protected]. Şahmat bəstələrinin son göndəriş tarixi: 20.10.2014. 2014-cü il üçün beynəlxalq yarışların hakimlərini təqdim edirik: #2 (ikigedişli) Kənan Vəlixanov (İmişli, Azərbaycan), #3 (üçgedişli) Araz Alməmmədov (Qəbələ, Azərbaycan), N# (çoxgedişli) Ferhat Karmil (Türkiyə), += (etüdlər) Muradxan Muradov (Qobustan, Azərbaycan).