“Synergy Baku” Fransa yürüşündə mübarizə aparır
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun üzvləri Fransada keçirilən "Tour du Loir et Cher” yürüşündə mübarizə aparırlar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışında komandamızın şərəfini Yan Sokol, Aleksandr Surutkoviç, Kristof və Maykl Şvayzer qardaşları, Patrik Leyn və Konnor McConvey qoruyurlar.
Yarışın 183.5 kilometrdən ibarət birinci mərhələsində təmsilçilərimizdən Yan Sokol, Aleksandr Surutkoviç, həmçinin Şvayzer qardaşları finişi eyni anda – 4 saat 8 dəqiqə 23 saniyəyə keçən pelotonun içərisində olmuşlar. Fotofinişə əsasən Y.Sokol 9-cu, A.Surutkoviç isə 14-cü yeri tutublar.
Bu nəticə "Synergy Baku”nun komanda hesabında 4-cü yerdə qərarlaşmasına şərait yaratmışdır.