İsveçrənin iki şəhəri sifariş ərizəsi hazırlayır

İsveçrənin iki şəhəri sifariş ərizəsi hazırlayır

İsveçrənin Sankt-Morits və Davos şəhərləri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına birgə ev sahibliyi edə bilərlər. Bununla bağlı hər iki şəhərin adından sifariş ərizəsi hazırlanır. İsveçrə Olimpiya Komitəsinin prezidenti Yorq Şild Sankt-Morits və Davos şəhərlərinin şansını yüksək qiymətləndirib.
«Hər iki şəhərdə qış dövrünün şərtlərinə uyğun şərait mövcuddur. Burada hər zaman təbii qaz bol olur. Sankt-Morits və Davosda kompakt şəkildə idman qurğuları yaradılacaq. Həmin qurğulara piyada getmək mümkündür», - deyə Yorq Şild bildirib.
Məlumat üçün bildirək ki, Sankt-Morits şəhəri 1928-ci ildə və 1948-ci illərdə qış Olimpiya oyunlarına ev sahibliyi edib.