Polislərin şahmat mübarizəsi başlayıb

Polislərin şahmat mübarizəsi başlayıb


Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat üzrə turnirə start verilib. Tədbirdə Baş Polis İdarəsinin rəisi polis general-mayoru Rafiq Abbasov və BŞGİBİ-nin rəisi Raqif Abbasov iştirak ediblər. Tədbirin açılış mərasimində BŞBPİ-nin rəisi polis general-mayoru Rafiq Abbasov və BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə böyük məhəbbətlə doğma xalqının xoşbəxt gələcəyini təmin edən, onun işıqlı arzularını gerçəkləşdirən ulu öndər Heydər Əliyevin mənalı həyatından və misilsiz xidmətlərindən danışıblar. Sonra tədbir iştirakçıları inzibati binada yerləşən ümummilli Lider Heydər Əliyev muzeyi ilə də tanış olublar. Onu da qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq keçirilən şahmat turniri şəxsi və komanda xarakteri daşıyır. 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 14 komandanın tərkibində 41 nəfər polis əməkdaşı yarışır.