Masallıda yarış keçirildi

 Masallıda yarış keçirildi


Aprel 21-22-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.
11 çəki dərəcəsində 68 nəfər yeniyetmə və gəncin iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçib. Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.