Dünya çempionu uduzdu

Dünya çempionu uduzdu


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin 4-cü turunda dünya çempionu Maqnus Karlsen İtaliya təmsilçisi Fabiano Karuanaya uduzub. Maqnus Karlsen bununla bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Dünya çempionu məğlubiyyətinin səbəbini oyunda buraxdığı səhvlərlə izah edib: "Debütdə səhvlərim oldu. Keçən gün uğursuz partiyadan sonra normal hazırlaşa bilmədim. Məğlubiyyət üzücüdür. Əlbəttə, qələbədən sonra daha yaxşı əhval olur. Uduzmaq istəməzdim. Lakin səhvlərim rəqibə kömək etdi. Növbəti turlarda bunu unutdurmağa çalışacam”.
M. Karlsenə qalib gələn İtaliya şahmatçısı Fabiano Karuana isə qələbəni düzgün hazırlıqla əlaqələndirib: "Yaxşı oynayaraq qələbə qazandım. Rəqib səhvlər etdi. Vəziyyəti düzgün qiymətləndirdim və sonda qalib gəldim. Qələbə xoşdur. Özü də dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir. M. Karlsenlə çox oynamışıq. Etiraf edim ki, ona məğlub olduqlarım partiyalar da olub”.