Rəcəbov dünya çempionu Karlseni məğlub etdi

Rəcəbov dünya çempionu Karlseni məğlub etdi


Aprelin 24-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turnirinin 5-ci turu keçirilib.
"A" turnirində azərbaycanlı qrossmeyster Teymur Rəcəbov qara fiqurlarla dünya çempionu Maqnus Karlsena qarşı oynayıb və ona qalib gəlib. Rəcəbov rəqibini 51-ci gedişdə mat edib.
Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə Fabiano Karuanayla qarçılaşıb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz rəqibi üzərində qələbə qazanıb.
5-ci turda daha bir görüş Hikaru Nakamura isə Sergey Karyakinə qarşı oynayıb. Partiya heç-heçə başa çatıb.