Maqnus Karlsen Vüqar Həşimov xatirə turnirində liderliyi ələ alıb
Norveçli Maqnus Karlsen Vüqar Həşimov xatirə turnirinin 7-ci turunda ABŞ qrossmeysteri Hikaru Nakamura ilə görüşü qələbə ilə başa çatdırıb.
5 saat yarım davam edən partiya 52-ci gedişdə başa çatıb.
Bu, "A” qrupunun turnirində nəticə əldə edilmiş yeganə görüş olubr. Əsas turnirin digər iki partiyası - Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (İtaliya) görüşləri sülhlə başa çatıb.
"A” qrupunda oynayan şahmatçıların turnir cədvəlindəki vəziyyəti belədir: M.Karlsen – 4,5 xal, T.Rəcəbov – 4 xal, F.Karuana, S.Karyakin – hərəyə 3,5 xal, Ş.Məmmədyarov – 2,5 xal.
"B” qrupunun turnirində Çin şahmatçısı Van Xao Rusiya qrossmeysteri Aleksandr Motılyova qalib gəlmiş, Qədir Hüseynov (Azərbaycan) – Radoslav Voytaşek (Polşa), Nicat Abbasov – Rauf Məmmədov, Eltac Səfərli – Vasif Durarbəyli (dördü də Azərbaycandan) görüşləri heç-heçə başa çatıb.
Etyen Bakro (Fransa) – Pavel Elyanov (Ukrayna) partiyası davam edir.