Yunan-Roma güləşçilərimiz Tehrana yollanıblar

Yunan-Roma güləşçilərimiz İran İslam Respublikasının Tehran şəhərində yeniyetmələr arasında keçiriləcək sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turnirində iştirak etmək üçün Tehrana yollanıblar .
Turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək.
Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında Tehrana 10 güləşçimiz yollanıb. Heyətdə Zülfüqar Əliyev (42 kq), Rəsul Əsgərov (46 kq), İsmayıl Həsənli (50 kq), Xancavad Məcidzadə (54 kq), Rafiq Davudov (58 kq), Azər Hüseynov (63 kq), Nəzərşah Fətullayev (69 kq), İqbal Əliyev (76 kq), Xoçbar Xalayev (85 kq) və Kənan Rüstəmov (100 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edir.
Turnirin proqramına əsasən, ilk gün 42, 50, 58, 69 və 85 kq, ikinci gün isə 46, 54, 63, 76 və 100 kq çəkidə güləşçilər mübarizə aparacaq.