Cüdoçularımız Avropa Kubokunda 7 qızıl medal qazandılar

Cüdoçularımız Avropa Kubokunda 7 qızıl medal qazandılar


Italiyangn Liqnano öəhərində yuniorlar arasgnda cüdo üzrə Avropa Kuboku keçirilib.
Azərbaycan Cüdo Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, 27 ölkədən 446 idmançının mübarizə apardığı yarışda komandamız 17-idmançı ilə təmsil olunub. Azərbaycan yığması yarışlarda 7 medal qazanıb.

Davud Məmmədov ( 60 kq) bütün rəqiblərini geridə qoyaraq qızıl medal əldə edib.

Gümüş medala cudoçularımızdan- Rəşad Rufullayev (66 kq) və Mehman Sadiqov (60 kq) layiq görülüb.

Fəqan Quluzadə (73 kq), Sadıq Məhərrəmov (55 kq), Cəlil Şükürov ( 100 kq) və Telman Vəliyev (60 kq) isə bürünc medal əldə ediblər.

Ümumi komanda hesabında idmançılarımız 2-ci yeri tutublar. Birinci yerin sahibi isə 3 qızıl medalla İsrail komandası olub.