Astara rayonunun idman xronikası

Astara rayonunun idman xronikası


Aprelin 25-də Astara Sərhəd Komendantlığında Lənkəran Sərhəd Dəstəsi, Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdarəsinin birgə təşkilatçılığı ilə "Sərhəd ” hərbi idman oyunun Astara rayon turu keçirilib. Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq
keçirilən yarışda 9 komandadan 45 məktəbli iştirak edib.
Tədbiri giriş sözü Astara Sərhəd Komendatlığının komandir müavini R.Əliyev açıq elan edib. Azərbaycan Respublikası dövlət himnini səsləndirildikdən sonra Astara RGİİ-nin rəis müavini İ.Cəfərov, aparıcı məsləhətçisi A.Qafarov, RTŞ-nin GÇH üzrə metodisti R.Cəfərov çıxış ediblər. Natiqlər vətənpərvərlik tədbirinin əhəmiyyəti barədə danışaraq məktəbli gənclərə hərbi, fiziki və mənəvi tərbiyədə uğurlar arzulayıblar.
Məktəblilər yarışda sıra hazırlığı, avtomatın sökülməsi və yığılması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi, kəndirdartma, nəqliyyat vasitələrinə baxışın təşkili mərhələləri üzrə mübarizə aparıblar. Turnirdə Artupa kənd məktəbinin komandası I yerə layiq görülüb.
II və III yerləri isə müvavafiq olaraq, Təngərüd kənd və şəhər 2 saylı tam orta məktəbin komandaları layiq görülüblər.
Fəxri yerləri tutan və mərhələlərdə fərqlənən komandalara Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub. Rayon turunun qalibi - Artupa kənd tam orta məktəbin komandası may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.


* * *

Aprelin 19-20-də Astara rayonunda oğlanlar, qızlar və böyüklər arasında atletika üzrə Azərbaycan çempionatı keçirilib.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin təqvim planına uyğun olaraq təşkil olunan yarışda idmançılar müvafiq yaşlar və məsafələrə uyğun formada iştirak ediblər. Çempionatda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qusar, Xaçmaz və Astaradan ümumilikdə 7 komanda 213 idmançı ilə mübarizə aparıb. Yarışın açılış mərasimində Astara rayon Gənclər və İdman İdarısinin rəisi Ərçə Əliyev, Astara rayon Gənclər və İdman İdarəsininin rəis müavini İqrar Cəfərov, Azərbacan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov, Astara rayon İcra Hakimiyyətinin Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Əliyev iştirak edliblər. Tədbirdə çıxış edən natiqlər yarış iştirakçılarına turnirin keçirilməsi barədə ətraflı məlumat verərək, idmançılara uğurlar arzulayıb. İdarə rəisi Ərçə Əliyev ənənəvi olaraq 2-ci dəfə bu yarışın Astara rayonunda keçirilməsi ilə bağlı olaraq Gənclər və İdman Nazirliyinin və Atletika Federasiyasının rəhbərliyinə minnətdalığını bildirib. O, həmçinin yarışın Astara rayonunda keçirilməsi ilə bağlı verdiyi dəstəyə görə Astara rayon İcra başçısı cənab Qəzənfər Ağayevə də təşəkkür edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Rayon idmançılarından İlham Sadıqzadə (2 km) və Arif Qeybiyev ( 3 km) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Orxan Cabbarov ( 3 km) II, Rəsad Əliyev (12 km), Neyməddin Qənizadə ( 3 km), Vüsalə Xalıqzadə ( 6 km) və Əli Şahverdiyev ( 8 km) III yerə sahib çıxıblar. 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan astararalı idmançılar ümumi komanda hesabında I yerə layiq görülüblər. Bakı komandası ikinci, Sumqayıt atletləri isə üçüncü yeri tutublar. İdmançılarmızın bu yüksək nailiyyətlərin əldə olunmasında Atletika üzrə idman ustası Respublika dərəcəli məşqçi Fikrət Qafarovun böyük rolu var.
Qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təsis etdiyi fəxri fərman, medal və pul mükafatları ilə təltif olunublar.


* * *

Aprelin 21-25-də Astara Boks Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında boks üzrə respublika zona birinciliyi keçirilib. Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin illik təqvim planına əsasən Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi Astara Boks Mərkəzi ilə birgə
Keçirilən yarışda Astara, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Sumqayıt, Cəlilabad, Şirvan şəhər və rayonlarının komandaları mübarizə aparıb. Turnirdə ümumilikdə 9 komandadan 70 idmançı gücünü sınayıb.
Tədbirin açılış mərasimində Respublika Bədən Tərbiyəsi Mərkəzinin şöbə müdirləri, beynəlxalq dərəcəli hakimlər, yarışların baş hakimi Anar Nağıyev və yarışların hakimi Elxan Quliyev, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə üzrə metodisti Nizamddin Ələkbərov, Astara Boks Mərkəzinin direktoru Tofiq Salmanov iştirak ediblər. Yarış iştirakçıları trəfindən Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra turnirə start verilib. Beynəlxalq Boks Federasiyası tərəfindən təsdiq olunmuş qaydalara əsasən, 2000-2001-ci illər təvəlüdlü məktəblilər 18 çəki dərəcəsində yarışıblar. Ümumilikdə 17 medal (5 qızıl, 4 gümüş, 8 bürünc) medal qazanan Astara idmançıları komanda hesabında I yeri tutub. II və III yerlərə isə müvafiq olaraq, Nefçala və Hacıqabul rayon komandaları layiq görülüblər.
Qaliblər Respublika Bədən Tərbiyəsi Mərkəzinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Azad Qafarov
Astara RGİİ-nin aparıcı məsləhətçisi