Bakıda "Formula-1" yarışlarının keçirilməsi haqda müqavilə imzalanıb

Bakıda "Formula-1" yarışlarının keçirilməsi haqda müqavilə imzalanıb


2016-cı ildə "Formula-1” yarışının "Qran-pri” mərhələlərindən birinin Bakıda keçirilməsi haqqında rəsmi müqavilə imzalanıb.
Mərhələnin "Qran Pri Avropa" adlanacağı ehtimal edilir.
Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra "Formula-1” yarışının "Qran-pri” mərhələsini keçirəcək ikinci ölkə olacaq. Oktyabrın 12-də yarışlar ilk dəfə Soçidə keçiriləcək.
Bakıdakı yarışların şəhərin küçələrində keçirilməsi nəzərdə tutulur. Monte-Karlo, Melburn və Sinqapurda da məhz belədir