Vüqar Həşimov memorialı başa çatdı

Vüqar Həşimov memorialı başa çatdı


Aprelin 30-da Vüqar Həşimov memorialında sonuncu turun bütün oyunları başa çatıb.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə amerikalı Hikaru Nakamuranın görüşü 76-cı gedişdə heç-heçə nəticələnib. Digər Azərbaycan nümayəndəsi Şəhriyar Məmmədyarovun rusiyalı Sergey Karyakinlə oyunu da sülhə bağlanıb.
Son turda norveçli Maqnus Karlsen italiyalı Fabiano Karuanaya qalib gəlib. Beləliklə, bu dəfə ağ fiqurlarla oynayan dünya çempionu dördüncü turda Karuanadan heyfini çıxıb.
Beləliklə, yekunda 10 mümkün xaldan 6,5 xal toplayan Maqnus Karlsen birinci, Fabiano Karuana isə 5,5 xalla ikinci yeri tutub. Hikaru Nakamura, Teymur Rəcəbov və Sergey Karyakin (yerlərin sırası qələbələrin sayına görə müəyyən edilir) hərəyə 5 xal, Şəhriyar Məmmədyarov 3 xal toplayıb.
"B” qrupunda turnirin qalibi adını ukraynalı qrossmeyster Pavel Elyanov alıb. Rusiyalı Aleksandr Motılyov ikinci, fransız Etyen Bakqo üçüncü yeri tutub.