12 ölkədən 300-ə yaxın şahmatçı Naxçıvanda yarışır

12 ölkədən 300-ə yaxın şahmatçı Naxçıvanda yarışır



Mayın 4-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən "Nakhchivan Open-2014” şahmat festivalı başlayıb.
A, B və C kateqoriyalı üç turnirdə Azərbaycan idmançıları ilə yanaşı İspaniya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova, Latviya, İran, Rusiya, Əfqanıstan və Ukraynadan 300-ə yaxın şahmatçı iştirak edir.
Festivalın ümumi mükafat fondu 10 min ABŞ dollarına bərabərdir.
Partiyaların hər iştirakçıya ayrılan vaxt norması belə müəyyən edilib: ilk 40 gediş üçün 90 dəqiqə, bundan sonra partiyanın sonuna qədər 30 dəqiqə + hər gedişə 30 saniyə.
"Nakhchivan Open-2014” şahmat festivalına mayın 12-də yekun vurulacaq.