Almaniyanın paytaxtı Berlində kadetlər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilir.
Turnirin ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, təmsilçilərimiz yarışda üç medala yiyələniblər.
Milli komandamızın üzvlərindən Hidayət Heydərov (66 kq) qızıl, Elnur Abbasov (55 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıbblar.