SOCAR şahmat klubunun kapitanı Vladimir Tukmakov şahmat üzrə Hollandiya yığmasının yeni baş məşqçisi təyin olunub. Tukmakov bu vəzifədə Vladimir Çuçelovu əvəz edib. Ukrayna millisi ilə iki dəfə Şahmat Olimpiadasının qalibi olan Tukmakov SOCAR klubunun kapitanı kimi də qalacaq.
Bu il Norveçin Tromsö şəhərində keçiriləcək Olimpiadada Hollandiya yığması bu məşqçinin rəhbərliyi altında çıxış edəcək.