Vergi xidməti əməkdaşları arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə mayın 3-də yekun vurulub.
Aprelin 12-də start götürən və Olimpiya sistemi üzrə keçirilən turnirdə Vergilər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Vergilər nazirinin müşaviri Asif Cahangirov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirib, qalib gəlmiş əməkdaşları diplomlarla təltif edib.
Turnirin qalibi Vergilər Nazirliyinin aparat rəhbərinin müavini Əli Həsənov olub. O həm də Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədi ilə turnirdə ən sürətli qələbə üçün təsis olunmuş xüsusi mükafata və diploma layiq görülüb.
Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov ikinci, 4 nömrəli Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov üçüncü yerin sahibi olublar.