“Tour d`Azerbaidjan” turuna start verildi

“Tour d`Azerbaidjan” turuna start verildi


Mayın 7-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan” beynəlxalq velosiped turuna start verildi.
Yarışın birinci mərhələsi saat 10.30-da Dövlət Bayrağı Meydanından start götürdü. Yürüş Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində başa çatacaq.
Qeyd edək ki, "Tour d`Azerbaidjan”da ümumilikdə, 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparır. Onlardan 8-i – "MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), "Caja Rural-Seguros RGA” (İspaniya), "Neri Sottoli”, "Androni Giocattoli” (İtaliya), "Drapac Professional Cycling” (Avstraliya), "Team Novo Nordisk” (ABŞ), "Rusvelo” (Rusiya) və "CCC Polsat-Polkowice” (Polşa) pro-kontinental lisenziyalıdır.
Beləliklə, dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i "Tour d`Azerbaidjan”da iştirak edir.
Turnirdə Azərbaycan "Synergy Baku Cycling Project” komandası ilə təmsil olunur.
olimpnews.az