Tour d`Azerbaidjan” turunun ikinci mərhələsində

Tour d`Azerbaidjan” turunun ikinci mərhələsində


Mayın 8-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib.
Yarışın ikinci mərhələsi Bakının Şıxov qəsəbəsindəki Veloparkdan başlayıb. Marşrutu 187 kilometr olan ikinci mərhələyə İsmayıllıda yekun vurulacaq.
"Tour d`Azerbaidjan”da, ümumilikdə, 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparır. Onlardan 8-i – "MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), "Caja Rural-Seguros RGA” (İspaniya), "Neri Sottoli”, "Androni Giocattoli” (İtaliya), "Drapac Professional Cycling” (Avstraliya), "Team Novo Nordisk” (ABŞ), "Rusvelo” (Rusiya) və "CCC Polsat-Polkowice” (Polşa) pro-kontinental lisenziyalıdır.
Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i "Tour d`Azerbaidjan”da iştirak edir.
Qeyd edək ki, Turnirdə Azərbaycan "Synergy Baku Cycling Project” komandası ilə təmsil olunur.
Turun birinci mərhələsində qələbə sevincini Kenni Van Hummel (Niderland) yaşayıb. Vitali Buts (Ukrayna) ikinci yeri, David Viqano (İtaliya) üçüncü yerləri tutublar.
Azərbaycanın "Synergy Baku Cycling Project” komandasının velosipedçisi Maksim Averin finişə dördüncü çatıb.