Diabet xəstələri “Tour d`Azerbaidjan”da
Mayın 7-də Bakıda start götürən "2014-cü il Azərbaycan turu” veloyarışlarında ilk dəfə olaraq şəkərli diabet xəstələrindən ibarət "Team Novo Nordisk” beynəlxalq komandasının idmançıları da iştirak edirlər.
Maraqlıdır ki, "Team Novo Nordisk” velosipedçiləri bu yarışlarda sağlam həyat tərzi yaşayan insanlarla bərabər səviyyədə yarışırlar. "Team Novo Nordisk”in missiyası bütün dünyada diabet xəstələrini ruhlandırmaq və onlarda həyata ümid oyatmaqdır.
"Novo Nordisk” şirkətinin qlobal təşəbbüs çərçivəsində həyata keçirdiyi "Şəkərli diabetə qalib gələrək yaşamaq” layihəsi diabetli şəxslərə dəstək üçün böyük imkanlar yaradır, bununla da bütün dünyaya bu xəstəlikdən əziyyət çəkən insanların nələrə qadir olduğunu nümayiş etdirir. Ciddi müalicə, düzgün pəhriz və fiziki aktivliklə hər bir diabetli insan normal həyat yaşamaqdan əlavə, çox şeyə nail ola bilər.
Qeyd edək ki, 2012-ci ildə diabetli idmançılardan təşkil olunan çoxmillətli "Team Novo Nordisk” komandası 100 velosiped sürücüsü, triatlonçı və qaçışla məşğul olan diabetli şəxslərdən ibarətdir.
Dünyada diabetli velosiped sürücülərinin ilk peşəkar komandası burada aparıcı rol oynayır. "Tur Azərbaycan” veloyarışmasında iştirak edən komanda müxtəlif ölkələrdən - İrlandiya, İtaliya, Avstraliya, Yeni Zellandiya və Belçikadan olan 6 idmançıdan – ibarətdir.
1. Stefan Klansi – İrlandiya
2. Paolo Kravanzola – İtaliya
3. Castin Мoris – Аvstraliya
4. Ааron Peri – Yeni Zellandiya
5. Тоmas Raeymaeker - Belçika
6. Кris Uiliyams - Avstraliya
"Team Novo Nordisk” komandasının idmançıları hər il bu idmançılar bütün dünya üzrə 500-dən çox idman yarışlarında iştirak edirlər. "Team Novo Nordisk”dən olan velosipedçilər, triatlonçılar və qaçışla məşğul olan insanlar 1913-cü ildə 10 yarışda 20 mükafat qazanıblar. Peşəkar velosiped yarışçılarının kişilərdən ibarət komandası "US Pro Cycling Challenge”, Böyük Britaniya turunda və məşhur uzun müddətli "Tur de Frans” yarışlarında iştirak ediblər.