Mayın 9-dan 11-dək Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” turnirində iştirak edəcək ölkələrin son siyahısı məlum olub.
Yarışda Azərbaycan millisi ilə yanaşı, 44 ölkənin yığması mübarizə aparacaq.
Turnirdə ümumilikdə 290 cüdoçu iştirak edəcək. Onlardan 187-si kişilərin, 103-ü isə qadınların yarışında qüvvəsini sınayacaq.
Azərbaycan turnirə 39 idmançı (27 kişi, 12 qadın) ilə qatılacaq. Heyətdə yığmamızın aparıcı cüdoçuları da yer alıblar.