Olimpiada-2016-ya Rio-de-Janeyronun yerinə London ev sahibliyi edəcək?

Olimpiada-2016-ya Rio-de-Janeyronun yerinə London ev sahibliyi edəcək?

Beynəlxalq Olimpiya Komitəsində (BOK) 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının Londona verilməsi ilə bağlı məsələnin mümkünlüyü araşdırılır.
"Evening Standart” nəşrinin yazdığına görə, Braziliyada olan BOK rəsmiləri Rio-de-Janeyronun olimpiadaya hazırlıq səviyyəsindən son dərəcə narazı qalıblar. Bu səbəbdən beynəlxalq idman qurumu dörd ildən bir keçirilən Olimpiya oyunlarına yenidən ev sahibliyi etmək üçün Londona müraciət etməli olub. BOK-un vitse-prezidenti Con Kouts Braziliya paytaxtının olimpiadaya hazırlığını mənfi qiymətləndirib. O deyib: "BOK-un hazırlığın sürətini artırmaq üçün yaratdığı xüsusi qrup də işə yaramayıb. Vəziyyət ürəkaçan deyil”.
Deyilənlərə görə, Rio-de-Janeyroda olimpiadaya hazırlıq səviyyəsi hələlik 10 faizdir.
London-2012 Olimpiya Oyunları Təşkilat Komitəsinin əməkdaşlarından biri Uill Qlendinninq Olimpiada-2016-ya hazırlaşmaq üçün Londonun kifayət qədər ehtiyatı və vaxtının olduğunu bildirib. Amma BOK rəsmi olaraq bu barədə heç bir məlumat verməyib.
Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.