“Qəbələ”lilər 2 bürünc medala layiq görülüblər

“Qəbələ”lilər 2 bürünc medala layiq görülüblər


"Qəbələ” idman klubunun cüdoçuları Dağıstanın Xasavyurt şəhərində keçirilən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə təşkil olunmuş turnirdə uğurla çıxış ediblər.
8 ölkədən 21 komandanın mübarizə apardığı yarışda idmançılarımız 2 bürünc medal qazanıblar. Mərdan Qədirli (81 kq) və Vaxtanq Bitiyev (100 kq-dan yuxarı) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.