Yeniyetmə cüdoçularımız Polşada 6-cı oldular

Polşada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Turnirdə ölkəmizi təmsil edən cüdo üzrə milli komandamız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından olimpnews.az-a daxil olan xəbərə 55 kq çəki dərəcəsində finalda Azərbaycan cüdoçuları qarşılaşıblar. Komanda yoldaşı Elnur Abbasova qalib gələn Natiq Qurbanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər cüdoçumuz Musa Şəkərəliyev (90 kq) finalda gürcüstanlı Georgi Qveleseaniyə məğlub olaraq gümüş medala sahib çıxıb.
Bürünc medalları isə millimizə Mehdi Əsgərov, Kəramət Hüseynov (hər ikisi 50 kq), Rüfət Tağızadə (60 kq) və Samir Ağayev (73 kq) qazandırıblar.
7 medal qazanan cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında altıncı yeri tutublar.