Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, cüdo üzrə milli komandamız heyətini müəyyənləşdirmək üçün Gürcüstan Respublikasının Batumi şəhərində ilk təlim məşq toplanışına başlayıb. Baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi altında təlim-məşqlərdə 20 idmançı iştirak edir. Məşqlərə ayın 11-də yekun vurulacaq.