Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ölkənin birinci qrossmeysteri Georgi Aqzamovun xatirəsinə həsr olunmuş VIII beynəlxalq şahmat turniri başa çatıb.
Hindistan şahmatçısı Abhicit Qupta 9 mümkün xaldan 7,5 xal toplayaraq turnirin qalibi olub. Yarışda iştirak edən şahmatçılardan 4-ü liderdən geri qalıb. Ölkəmizi burada təmsil edən Elmira Mirzəyeva 5,5 xalla 25-ci yeri tutub.
Qeyd edək ki, mükafat fondu 20 min ABŞ dolları olan turnirdə Özbəkistan, Rusiya, Ukrayna, Bolqarıstan, Tacikistan, Hindistan, Belarus və başqa ölkələrdən 100-dən artıq zəka sahibi mübarizə aparıb.