Rusiyanın Kirişi şəhərində keçirilən Leninqrad vilayətinin ən güclü gənc şahmatçılarından birinin - Vanya Somovun xatirəsinə həsr olunmuş "Dünyanın gənc ulduzları” beynəlxalq şahmat turniri başa çatıb.
Beynəlxalq turnirdə azərbaycanlı şahmatçı, FİDE ustası Abdulla Qədimbəyli də daxil olmaqla 5 ölkədən 12 ən güclü gənc şahmatçı - Aleksandr Bortnik, Pavel Vorontsov (hər ikisi Ukrayna), Aleksey Zenzera, David Paravyan, Daniil Yuffa, Aleksey Sarana, Saveli Qolubov, Andrey Yesipenko (hamısı Rusiya), Mixail Nikitenko (Belarus), Tiqran Arutyunyan və Ayk Martirosyan (hər ikisi Ermənistan) birinci yer uğrunda mübarizə aparırdılar.
Ölkəmizi təmsil edən Abdulla Qədimbəyli 11 turdan 6.5 xal toplayaraq 5-ci yerə layiq görülüb. Turnirin qalibi isə aktivinə 8 xal yazan Ermənistan təmsilçisi Tiqran Arutyunyan olub.