Fevral ayında Soçi Olimpiya obyektlərinə baş çəkən Rusiya Prezidenti Vladimir Putin burada gedən işlərin sürətindən razı qalmayıb.
Ölkə Prezidentini hər şeydən əvvəl, tramplin kompleksinin istismarının gecikməsi və smeta layihəsinin bahalığı narazı salıb.
Prezidentin Soçiyə səfərindən sonra bu işə məsul olan Əhməd Bilalov tikintiyə rəhbərlikdən və Rusiya Olimpiya Komitəsinin (ROK) vitse-prezidenti və digər vəzifələrindən istefa verməli olub. Hazırda "Qazprom” tikinti obyektinə rəhbərlik etməyi Boris Paykinə həvalə edib.