FİDE yeni reytinq cədvəlini açıqlayıb

FİDE yeni reytinq cədvəlini açıqlayıb


Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 1 iyun 2014-cü il üçün rapid və blits üzrə reytinq cədvəlləri dərc edilib.
Kişilər arasında dünya üzrə birinci onluqlarda, may ayı üçün reytinq cədvəlləri ilə müqayisədə, heç bir dəyişiklik olmayıb, Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu dəfə də rapid üzrə siyahıda altıncı, blits üzrə - yeddinci yeri tutur. Onun cari reytinq göstəricisi (2822 xal) karyerası ərzində ən yüksək həddə çatıb.
Azərbaycan şahmatçılarından Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli də ilk yüzlüyə daxildirlər.
Klassik şahmatda Şəhriyar Məmmədyarov (2743) 16-cı, Teymur Rəcəbov (2724) 27-ci, Rauf Məmmədov (2659) 86-cı yerdədir.
Norveçli qrossmeyster Maqnus Karlsen (2881) əvvəlki kimi reytinqin favoritidir.