Avropa çempionatında ölkəmizin idman şərəfini 12 şahmatçı qoruyacaq

Avropa çempionatında ölkəmizin idman şərəfini 12 şahmatçı qoruyacaq

Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə XV şəxsi çempionat keçiriləcək.
Turnirdə 23 ölkədən 103 şahmatçı, o cümlədən 58 qrossmeyster iştirak edəcək. Azərbaycanı 12 şahmatçı, o cümlədən qrossmeysterlər Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar, beynəlxalq ustalar Xəyalə Abdulla, Səbinə İbrahimova, Nərgiz Ümüdova, Nərmin Kazımova, FİDE-nin ustaları Nərmin Xələfova, Günay Məmmədzadə, habelə Aytən Əmrayeva, Nərmin Məmmədova və Nərmin Soyunlu təmsil edəcəklər.
Avropa çempionatı İsveçrə sistemi ilə 11 turdan keçiriləcək.
1-14-cü yerləri tutan şahmatçılar növbəti Dünya Kuboku yarışlarında iştirak edəcəklər. Turnirin ümumi mükafat fondu 60 min avrodur.