"Street art” ("Küçə sənəti”) ilə məşhur olan Brüsselin divarlarında artıq mərhum şahmatçımız Vüqar Həşimovun da simasına rast gəlmək mümkündür.
Bu ilin yanvarında 27 yaşında dünyasını dəyişən azərbaycanlı qrossmeysterin qraffitiləri şəhərin bir neçə hissəsində naməlum şəxs tərəfindən çəkilib. Qraffitidə "RİP Gashimov”, yəni "Yerin behişt olsun, Həşimov” yazılıb.
Xatırladaq ki, Vüqar Həşimov Brüssel küçələrini "bəzəyən” ilk azərbaycanlı deyil. Cazmen Əzizə Mustafazadənin də Belçika paytaxtında "öz divarı” vardır.