Şahmat üzrə yeni ölkə çempionu

Şahmat üzrə yeni ölkə çempionu

Qrossmeyster Ülvi Bacarani 2014-cü ilin Azərbaycan çempionudur. Çempionatın sonuncu turunda Zaur Məmmədovla görüşdə qalib gələrək 7 mümkün xaldan beş xal toplamış Ülvi Bacarani qızıl medalın sahibi olub.
Nicat Abbasov 4,5 xal, Azər Mirzəyev və Vüqar Rəsulov isə hərəyə 4 xal toplayıblar.
Sumqayıtlı Misrəddin İsgəndərovun, habelə Zaur Məmmədov və Sərxan Quliyevin hərəsinin aktivində 3 xal var. Bəhruz Rzayev isə 1,5 xal qazanıb.
Qeyd edək ki, yarışda iştirak edən 8 idmançıdan 5-i beynəlxalq dərəcəli qrossmeyster, 3-ü isə beynəlxalq dərəcəli ustadır.
Ölkə çempionatı dairəvi sistem üzrə keçirilib.