Yunanıstanın Kavala şəhərində məktəblilər arasında şahmatın rapid və blits növü üzrə dünya çempionatı, klassik şahmat üzrə isə Avropa çempionatı keçirilir.
Çempionatda Avropanın 28 ölkəsindən 400-dən artıq gənc və yeniyetmə şahmatçı mübarizə aparır.
İyunun 16-da blits üzrə dünya çempionatı keçirilib. Azərbaycan yığma komandası bu yarışda 29 şahmatçı ilə təmsil olunub və 3-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc olmaqla 9 medal qazanıb. Mingəçevir şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Zeynəb İsmayılzadə (10-11 yaş qrupu) və Aysel Səlimova (7 yaşadək)
1-ci yerə çıxıblar.
İyunun 17-də isə klassik şahmat üzrə Avropa Çempionatı başlayıb.
Qeyd edəki ki, komandamızın rəhbəri Beynəlxalq dərəcəli hakim, Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədovdur.