Milli Qurtuluş Gününə həsr olunmuş cüdo yarışı

Milli Qurtuluş Gününə həsr olunmuş cüdo yarışı


Bakıxanov qəsəbəsində yerləşən "Şahin” İdman Kompleksində "Cahan İdman Klubu” İB-in 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə daxili turniri keçirilib.
2000-2008-ci illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda 100-ə yaxın yeniyetmə cüdoçu bacarığını nümayiş etdirib. Turniri giriş sözü ilə açan "Cahan İdman Klubu” İB-in sədri Elçin Eyvazov 15 iyun tarixini ümümmilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, həmçinin Azərbaycanın yeni və parlaq tarixi kimi qeyd edib. Sonra "Cahan İdman Klubu” İB-in sədr muavini Nizami Zeynalov 15 iyun tarixinin milli qurtuluş, milli xilas günü kimi qeyd edildiyini yeniyetmə idmançıların və gənc iştirakçıların diqqətinə çatdırıb.
Yarışın baş hakimi Muşviq İmanquliyev turnirin beynalxalq qaydalara uyğun olaraq keçirilməsini qeyd edərək idmançılara uğurlar arzulayıb.
Yarışda Sənan Həşimli (21 kq), Əfqan Həsənli (27 kq), Rəvan Ələkbərov (30 kq), Ümid Adilli (34 kq), Vüsal Sadıqov (38 kq), Xalid Allahverdiyev (42 kq), Rəşid Məhərrəmov (46 kq), İbrahim Mustafayev (50 kq), Rinat Novruzlu (52 kq) I yerə layiq görülüblər.