Cüdoçularımız “Qran-pri” turnirindən 3 medalla qayıtdılar

Cüdoçularımız “Qran-pri” turnirindən 3 medalla qayıtdılar

Budapeştdə keçirilən cüdo üzrə Beynəlxalq "Qran-pri” turniri
başa çatıb.
Yarışa 9 idmançı ilə qatılan Azərbaycan millisi aktivinə 3 medal yazdırıb. Komandamızın heyətində İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycan komanda hesabında 56 ölkə arasında 16-cı yeri tutub.