Velosiped turniri davam edir

Velosiped turniri davam edir

Malaziyada velosiped idmanı üzrə səkkizinci «Tour de Langkavi» turniri davam edir.
Olimpnews.az saytının verdiyi məlumata görə, 22 komandanın mübarizə apardığı yarışda Azərbaycanın «Synergy Baku» idmançıları da qüvvələrini sınayırlar. Komandamızın üzvü mərhələ yarışlarında doqquzuncu olub. Kolumbiya, Venesuela və İtaliya velosipedçiləri turnirin favoritləri hesab edilirlər.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda Cənubi Amerika təmsilçiləri bütün rəqiblərini geridə qoymuşdular.