Yeni reytinq cədvəli açıqlandı

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Cüdo Federasiyası Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirinin yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Yarışda ilk görüşdə uduzan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) iyirminci pillədə qərarlaşıb. Xatırladaq ki, idmançımız bundan əvvəl 14-cu pillədə qərar tutmuşdu. İlqar Müşkiyev (60 kq) on üçüncü pillədəki mövqeyini qoruyub. Kifayət Qasımova (57 kq) isə on beşinci olub. Rüstəm Orucov (73 kq) və Tərlan Kərimov (66 kq) on səkkizinci yeri tutublar. Cüdoçumuz Nicat Şıxəlizadə üç pillə irəliləyərək 21-ci olub. Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) müvafiq olaraq, 25 və 30-cu yeri tutub. Təcrübəli cüdoçumuz Elxan Məmmədov isə 28-ci yerlə kifayətlənib.