Azərbaycan şahmatçıları Moskvada

Azərbaycan şahmatçıları Moskvada

Rusiyanın paytaxtı Moskvada Vladimir Dvorkoviç adına Şahmat Qonaq Evi tanınmış hakimin xatirəsinə oğlanlar və qızlar arasında beynəlxalq komanda turniri keçirir.
Bu il Rusiya paytaxtına Azərbaycan, Çin, Hindistan, Serbiya, Ermənistan, Ukrayna və Rusiyadan səkkiz yığma komanda gəlib. Azərbaycanı bu yarışda Abdulla Qədimbəyli, İsmayıl Şahəliyev, Niyazi Nağdəliyev və Aydan Xocatova təmsil edirlər.