Ukraynanın Lvov şəhəri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına namizədlik uğrunda mübarizədə iştirak etməyəcək. Belə ki, şəhər Olimpiada-2026-ya ev sahibliyi etməyi planlaşdırır. Xatırladaq ki, Olimpiada-2022-yə ev sahibliyi uğrunda Oslo, Almatı və Pekin şəhərləri mübarizə aparırlar. "İşçi qrupu Lvov şəhərinin böyük inkişaf potensialına malik olduğunu müəyyən edib. Lakin indiki mərhələdə şəhər üçün Olimpiada-2022 uğrunda mübarizə aparmaq çətin olacaq. Düşünürəm ki, Lvovun Olimpiada-2026-ya ev sahibliyi etməsi daha məqsədəuyğundur”, - deyə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.