Cüdoçumuz Avropada qızıl medal qazandı

Cüdoçumuz Avropada qızıl medal qazandı


Yunanıstanın paytaxtı Afinada cüdo üzrə kadetlər arasında Avropa birinciliyi davam edir. Turnirin ikinci günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Birincilikdə 66 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Hidayət Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirin ilk günü cüdoçularımız 1 qızıl və 1 gümüş medala sahib olublar.
Turnirə iyulun 6-da yekun vurulacaq.