Azərbaycan yığması dördüncü yerdədir

Azərbaycan yığması dördüncü yerdədir

Moskvada gənclər arasında keçirilən "Vladimir Dvorkoviç Kuboku” beynəlxalq turnirinin altıncı turunda Azərbaycan yığması qələbə qazanıb. Təmsilçilərimiz "Qostinaya Dvorkoviça” komandasına 2,5:1,5 hesabı ilə qalib gəliblər. Bu turda İsmayıl Şahəliyev qalib gəlib. Abdulla Qədimbəyli, Niyazi Nağdəliyev və Aydan Höcətova isə heç-heçə oynayıblar. Yığmamız turnir cədvəlində 4-cü yerdədir.