Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı start götürüb

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı start götürüb

Olimpnews.az saytının verdiyi məlumata görə, Azərbaycan Şahmat federasiyasında qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Qeyd edək Ki, dairəvi sistem üzrə keçirilən turnirdə 10 zəka sahibi bacarığını nümayiş etdirir. Yarışda beynəlxalq qrosmeysterlər Zeynəb və Türkan Məmmədyarova bacıları Gülnar Məmmədova və beynəlxalq ustalar Nərgiz Umudova, Xəyalə Abdulla, Nərmin Kazımova, və həmçinin FİDE ustası Günay Məmmədzadə, Nərmin Söyünlü, Səbinə Quliyeva və Səhər Hüseynova qalib adı uğrunda yarışırlar. Məlumat üçün qeyd edək ki, yarışa martın 14-də yekun vurulacaq. Turnirdə ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin medalları ilə təltif olunacaqlar. Qaliblər həmçinin yayda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq şəxsi qadınlar arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edəcəklər.