Gənclər arasında Azərbaycanın şahmat olimpiadası İsmayıllı şəhərində keçiriləcək. Yarışda iştirak etmək üçün artıq 150 şahmatşı sifariş verib.
Bugünədək hakimlər kollegiyasına 6 şəhərdən - Bakı, Gəncə, Qusar, Göyçay, Sumqayıt və Şəkidən ilkin sifarişlər daxil olub.
16 yaşınadək şahmatçılar arasında olimpiada iyunun 11-dən 22-dək keçiriləcək. Yarışın baş hakimi FİDE-nin beynəlxalq dərəcəli arbitri Qüdrət İsmayılovdur.