"Neftçi"nin 3x3 basketbol komandası Dünya Seriyasının ilk oyununda qələbə qazandı

\"Neftçi\"nin 3x3 basketbol komandası Dünya Seriyasının ilk oyununda qələbə qazandı

Basketbol

Bugün, 12:05

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.

"Ağ-qaralar" B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.

"Neftçi" bu gün Çin millisi ilə də üz-üzə gələcək.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR