Qrossmeysterimiz İspaniyada yarışır

Qrossmeysterimiz İspaniyada yarışır


İspaniyanın Benanske şəhərində şahmat üzrə 34-cü beynəlxalq open-turnir başlayıb. Turnirin ilk turunda 45 oyun qələbə ilə başa çatıb. Birinci turda qalib gələnlər arasında azərbaycanlı qrossmeyster Vasif Durarbəyli də var. Onun rəqibi ispaniyalı Enrike de la Fuent olub.
İkinci tur üçün püşkatmanın nəticələrinə görə, Azərbaycan nümayəndəsi ağ fiqurlarla oynayacaq. Bu dəfə onun rəqibi slovakiyalı beynəlxalq usta Zuzana Stokova olacaq.
34-cü beynəlxalq turnirdə cəmi 413 şahmatçı, o cümlədən 30 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən tədbir doqquz turdan ibarətdir.